....LAY LAY DEDİM YATASAN
Lay lay dedim boyunca
Baş yastığa qoyunca
Yat gülüm yatağında
baxım sənə doyunca
Lay lay dedim ağlama
Ürəgimi dağlama
Boyu bir qoç ol
Mənə ümid bağlama
Lay lay dedim can dedim
Yuxudan oyan dedim
Sənə yuxudan durunca
Canımı qurban dedim
Nar budağın əgəndə
Ucu yerə dəgəndə
Bir qoç qurban kəsəcəm
Balam ana diyəndə
Oxşasın dilim səni
Böyütsün elim səni
Meydana at oynadan
Bir igit bilim səni
Lay lay beşigim lay lay
Evim eşigim lay lay
Sən yat şirin yuxuda
Çəkim keşigin lay lay
Lay lay dedim yatasan
Qızıl gülə batasan
Qızıl gülün içində
Şirin yuxu tapasan
مطالبی دیگر از این نی نی وبلاگی